Xəbər lenti

 

Amerikanın Buffalo və Puerto – Riko Universitetlərinin alimləri qadınlarda süd vəzi xərçənginə mane olan, profilaktikası üçün əhəmiyyətli sadə tərkibli sousun effektini sübut ediblər.

Elmi tədqiqat Puerto Riko qadınlarının üzərində aparılıb. Tədqiqatın nəticəsi Canser dərgisində çap olunub.

Tədqiqatın müəllifi, doktor Qauri Desai qeyd edib ki, sofrito adlı sousu yeyən puerto rikolu qadınlarda döş xərçəngi riski 68% azalıb. Bu isə ciddi göstəricidir.

Sousun tərkibində isə soğan və sarımsaq var. 

Soğan və sarımsaqda olan flavonoid birləşmələr kanserogen əleyhinə təsirə malikdir və bu 2 vasitənin xərçəng əleyhinə effekti heyvanlar üzərindəki tədqiqatlarda sübut olunub. 

Həmin sousun reseptini təqdim edirik.

Tərkibi: 

Pomidor – 6 ədəd

Bolqar bibəri – 2 ədəd

Soğan -1 ədəd

Sarımsaq -3 diş

Zeytun yağı – 3 x.q

duz, istiot

Hamısı acıka kimi hazırlanır. \\Medicina.az 




Ana səhifəyə qayıt        Baxış: 349          Tarix: 27-09-2019, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma