Xəbər lenti

 

Şokolad nəhəngi MARS bəzi məhsullarında ölümcül bakteriya olması şübhəsi ilə məhsullarını geri çağırıb.

ABŞ-ın şokolad istehsalıçısı “Mars” İngiltərə və İrlandiyada “Galaxy”nin “Teaser bar”, “Counters” və “Minstrels” məhsullarını geri çağırmaq haqda qərar verib. İngilis mediasının verdiyi məlumata görə, qərarın şokolad məhsullarında ölümcül “salmonella” bakteriyasının olma riski səbəbiylə verildiyi bildirilir.

“Mars” əlində həmin məshullardan olan hər kəsə onu yeməmələri haqda xəbərdarlıq edib.

“Salmonella” nədir?

“Salmonella” qida zəhərlənmələrinin ən yayılmış formalarından biri olan bir qrup bakteriyanın adıdır. “Salmonella” bakteriyasının səbəb olduğu infeksiya yüksək səviyyədə ishal, titrəmə, abdominal narahatlıq və qusmaya səbəb olur. İnfeksiya qarşısı alınmadığı halda uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün ölümcül nəticələnə bilər.

Firuzə Alimova /A24.az/




Ana səhifəyə qayıt        Baxış: 1 129          Tarix: 12-06-2017, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma