Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Emin Məmmədli
Hər bir xalqın mədəniyyəti o xalqın musiqisi ilə ölçülür. Musiqi ən uğurlu təbliğat növüdür. Musiqi dövləti təbliğ edir, dünyaya tanıdır. Hər hansısa dövlət başçısı digər dövlətə gedirsə onu ilk qarşılayan hərbi orkestr olur və səslənən dövlətlərin himni olur.
Müharibələr zamanı ordunu ruhlandırılmaq üçün də musiqidən istifadə olunur. Bu zaman marş üslubunda bəstələnən musiqilərə üstünlük verilir. Azərbaycan musiqisində Üzeyir Hacıbəyli, Qara Qarayev və bir çox bəstəkarlar marş janrının inkişafına böyük töhfələr veriblər. Marş təkcə hərbiyə aid deyil. Digər sahələrə də həsr olunmuş marş nümunələrinə rast gəlmək olar. Müslüm Maqamayevin "Radio marşı" buna misaldır.
Kino filimlərin baxımlı olmağında əsas yeri filmə yazılmış musiqi tutur.
Dinimizdə musiqinin böyük önəmi var. İstər Azan, istərsə də Qurani-Kərim avaz üstə oxunur.
Tarixdə hər hansı bir xalqı zəiflətmək üçün onun folklorunun məhvindən başlanılır. Buna nümunə olaraq sovet dövründə milli musiqi alətlərimiz olan tarın, kamançanın və s üzləşdiyi qadağaları göstərmək olar. Böyük şarimiz Mikayıl Müşfiq "Tar" şerinə görə təqib olunub və öldürülüb.
Musiqiçinin topladığı dinləyicini heç bir peşə sahibi toplaya bilməz. Təkcə onu vurğulamaq kifayətdir ki, hər hansı bir prezidentliyə, deputatlığa və s namizəd öz sözünü daha çox insana çatdırmaq üçün konsertlər təşkil edərək musiqiçilərin köməyindən istifadə edir. Dövlətlərarası münasibətlərdə rəsmi hissədən sonra bədii hissəyə önəm verilir.
Cəmiyyətin səviyyəsində musiqinin önəmi böyükdür. Cəmiyyət özünü inkişaf etdirmək üçün mütləq musiqiyə önəm verməlidir. Odur ki, musiqiyə hər zaman dövlət qayğısı olmalı, musiqi məktəblərində musiqiçilərin yetişməsində böyük əziyyət çəkən müəllimlərə yüksək qayğı göstərilməlidir.
Musiqi şeiri mütləq tamamlamalıdır. Əks təqdirdə şeir öz əhəmiyyətini itirər. Buna misal olaraq Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirini göstərmək olar. Üzeyir bəy bu şeirə o qədər mükəmməl musiqi bəstələyib ki, mənası daha da qüvvətlənib. Bu və digər musiqilər vətənpərvərliyi, vətənə bağlılığı artırır, vətənə sonsuz sevgi aşılayır.
Yazar: Emin Məmmədli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar