Xəbər lenti

 

Azərbaycanda baş verən müsbət iqtisadi dinamika manatın məzənnəsinin dəyişməsi riskini azaldır.

Ovqat.com bildirir ki, xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu il qeydə alınan statistik göstəricilərlə fikrini əsaslandırıb.

Elman Rüstəmov bildirib ki, müsbət göstəricilər manatın hətta möhkəmlənməsinə də səbəb ola bilər. Amma bunun da ölkənin ixrac strategiyasına mənfi təsir göstərmə riski var.

Maliyyə naziri Samir Şərifov isə jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsindən danışıb və bildirib ki, buna gələn ildən başlanıla bilər.

Maliyyə naziri 2018-ci il dövlət büdcəsindən danışarkən bildirib ki, büdəcədə yenə də əsas payı sosial və müdafiə xərcləri tutur. Nazir deyib ki, yaxın 2-3 gün ərzində büdcə barədə daha təfərrüatlı məlumatlar açıqlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 898          Tarix: 19-09-2017, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma