Xəbər lenti


Professor Jan-Jak Muembe-Tamfum, yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.

Professor bu barədə CNN-ə müsahibə verərkən söyləyib.

Muembe-Tamfum 1976-cı ildə Ebola virusunu aşkar edən alimdir.

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.

O, eyni zamanda bildirib ki, bu, gələcəkdə “böyük pandemiyaya” səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi” sualına Muembe-Tamfum belə cavab verib:

“Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir”. /APA



Ana səhifəyə qayıt        Baxış: 1 427          Tarix: 3-01-2021, 12:25      


Paylaş: