Xəbər lenti

 ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində sentyabrın 25-nə planlaşdırılmış müstəqillik referendumuna qarşı çıxış edərək, onun  keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.  

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatda bildirilir.  

 “Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıblar. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Ağ Evin məlumatında bildirilir.   




Ana səhifəyə qayıt        Baxış: 813          Tarix: 22-09-2017, 08:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma