Xəbər lenti

ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

Koreya Xalq demokratik Respublikası ilə ABŞ arasında gərginlik sürətlə artmaqdadır. Tərəflər qarşılıq şəkildə bir-birini məhv edəcəyi ilə təhdid edirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, son olaraq Şimali Koreya ordusu ABŞ-a qarşı döyüş andı içib.

Məlumata görə, Şimali Koreya ordusunun yüksək vəzifəli məmurları ABŞ-a qarşı müqəddəs müharibədə sonuna qədər döyüşəcəyinə and içiblər.

Xatırladaq ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Heyli bir neçə gün əvvəl verdiyi bəyanatında BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq planlarının artıq tükəndiyini deyib. Onun sözlərinə görə, ABŞ artıq Şimali Koreya problemini Pentaqona həvalə etməyə hazırlaşır.

N.Heyli bildirib ki, Şimali Koreya “əttökən” nüvə proqramına davam etdiyi təqdirdə ABŞ özünü və mütəffiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq.

Şimali Koreyanın məhvi barədə sonradan ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı danışıb.

“Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, - Amerika lideri bildirib.

Şimali Koreya lideri Kim Çen In isə ABŞ prezidenti Donald Trampın BMT tribunasından çıxışına “ən yüksək səviyyədə” cavab verəcəyinə söz verib. Kim Çen In rəsmi bəyanatla çıxış edərək söz verib ki, Şimali Koreya tarixin ən sərt əks-tədbirlərini tətbiq etmək imkanına baxacaq. Dövlət başçısı vurğulayıb ki, prezidentin nitqi ABŞ-a baha başa gələcək.

Kim Çen In Pxenyanın məhz hansı cavab addımları atacağını dəqiqləşdirməyib.

Amma daha əvvəl Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 832          Tarix: 23-09-2017, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma