Cənubi Koreya Respublikasının prezidenti Çje İn Mun Koreya Xalq Demokratik Respublikasını məhv etməklə hədələyib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında Pxenyanla dialoqun aparılmasını qeyri-mümkün adlandırıb.
“Əgər Şimali Koreya cənuba və ya bizim müttəfiqimizə (ABŞ –red) qarşı təxribatlara davam edərsə, biz onu məhv etmək üçün kifayət qədər gücə malikik”, - prezident qeyd edib.
Qeyd edək ki, ötən gücə Şimali Koreya növbəti ballistik raketini sınaqdan keçirib. KXDR-in buraxdığı raket Yaponiya üzərindən uçub keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.
Cənubi Koreya hərbçiləri Şimali Koreyanın yeni raketinin 770 km maksimal hündürlüyə çataraq 3700 km məsafəni qət etdiyini bildiriblər. Raket Pxenyanın Sunan aeroportu yaxınlığından buraxılıb.
Paylaş: