Xəbər lenti
 

   Şimali Koreyanın ballistik raket sınaqlarının ardından, ABŞ Cənubi Koreya ərazisinə nüvə silahı yerləşdirə bilər.
Sputnik    ərbaycan haber7-yə istinadla xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Şimali Koreyanın fəaliyyətlərinə qarşılıq olaraq atıla biləcək addımlara dair müxtəlif planları təqdim edib. NBC-də yer alan xəbərlərə görə, bu variantlar arasında Şimali Koreya liderinin öldürülməsi və Cənubi Koreyaya nüvə silahının yerləşdirilməsi də var. Lakin məsələyə münasibət bildirən təqaüdçü admiral Ceyms Stavridis nüvə silahı yerləşdirməyin yaxşı bir fikir olmadığını bildirib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2006-cı ildən bu yana Şimali Koreyaya qarşı bəzi sanksiyalar tətbiq edir. BMT Şimali Koreyaya nüvə fəaliyyətləri səbəbindən, raket sınağı keçirməsini qadağan etmişdir.



Ana səhifəyə qayıt        Baxış: 1 513          Tarix: 8-04-2017, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma