Xəbər lenti

 

"İraqın kürd muxtariyyətində keçirilən müstəqillik haqqında referendumu yox sayırıq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib: "Biz dostcasına tövsiyə də etdik, xəbərdarlıq da. Kürd muxtariyyəti "mən öz yolumla gedəcəyəm" dedi, biz də onlara "bunun bir bədəli olacaqdır" dedik və olacaq. Bizim problemimiz kürd qardaşlarımız deyil. Heç Suriyada da deyildi". 

Hazırda İraqla sərhədin bağlanmadığını deyən M.Çavuşoğlu bildirib ki, sadəcə, nəzarət gücləndirilib:

"Müvafiq addımlar atacağıq. İndi bəzi məsələləri dəyərləndiririk. Halbuki biz həmişə onlara yardım etmişik. Səddam dönəmində də yardım etdik, İŞİD-ə qarşı da. Bu, bizim oradakı kürd qardaşlarımızla problemimizin olmadığını göstərir. Hərbi müdaxilə vəziyyətə bağlıdır. Türkman qardaşlarımıza qarşı hər hansı müdaxilə olsa, dərhal hərbi müdaxilə istisna deyir".

Qeyd edək ki, bu gün Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilir. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.\Trend\




Ana səhifəyə qayıt        Baxış: 778          Tarix: 25-09-2017, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma