Xəbər lenti

Ukrayna prezidenti Petr Poroşenko Vinnitsa vilayətində hərbi anbarlarda baş verən yanğını milli təhlükəsizlik üçün təhdid adlandırıb.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.

"Bu tendensiya milli təhlükəsiliyə təhdiddir, mən Milli Təhlükəsilik və Müdafiə Şurasının iclasını dəqiqliklə hazırlamağı xahiş etdim ki, bunların təkrar olmaması üçün mükəmməl tədbirlər qəbul edək", - deyə bildirib.

Qeyd edək ki, o, bu bəyanatı Kiyevdə keçirilən hərbi iclasda verib.

Daha əvvəl xəbər verilib ki, Vinnitsada hərbi anbarlardakı yanğın söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 28-09-2017, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma