Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Kiyevdə hakimiyyəti dəyişmək niyyətində olduğunu deyib.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, o, mərkəzi hakimiyyəti Odessanı dəyişməkdə ona olmaqda da ithiham edib.
“Kiyevdə hakimiyyəti dəyişmək istəyirəm, çünki onlar mənə Odessanı qurmaqda mane olublar”,- deyə Saakaşvili Odessada keçirilən mitinqdə bildirib.
O, odessalılardan vədini həyata keçirə bilmədiyi üçün də üzr istəyib.
Saakaşvili tərəfdarlarını oktyabrın 17-də Kiyevdə toplaşmağa və prezident Pyotr Poroşenko impiçmentini tələb etməyə çağırıb. Sonda mitinq iştirakçıları Ukraynanın himnini ifa edib.
Qeyd edək ki, Saakaşvili Odessaya gəlməzdən öncə tərəfdarları və əleyhdarları arasında dava düşüb və polis aksiyaya qarışmalı olub.
Paylaş: