Xəbər lenti

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Ali radasının deputatı İqor Mosiyçuk şəxsi Feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Ukrayna Prezidenti Petro Poroşenko qərar verib:

"Mən təsdiq edirəm ki, Gürcüstanın Yanukoviçi sayılan Mixail Saakaşvili vətəndaşlıqdan çıxarılıb. Bu da o deməkdir ki, Poroşenko öz səhvini etiraf etdi".

 




Ana səhifəyə qayıt        Baxış: 925          Tarix: 26-07-2017, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma