Xəbər lenti

   Şimali Koreya ABŞ-ı yenə hədələyib.

 APA-nın məlumatına görə, bu, Şimali Koreyanın Asiya-Sakit okean regionunda sülh üzrə komitəsinin yaydığı bəyanatda əksini tapıb.

 Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı bəyanatda bildirilir ki, Şimali Koreya hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir, ABŞ-ın sanksiya siyasəti və strateji bombardmançı təyyarələrini Koreya yarımadasına göndərməsi nüvə faciəsinə yol aça bilər. Şimali Koreya bu siyasətini davam etdirəcəyi halda ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələyib. Rəsmi Pxenyan növbəti dəfə ABŞ prezidenti Donald Trampı tənqid edib və onu “dəli amerikalı qoca” adlandırıb.

 Qeyd edək ki,  Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. 




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 1-10-2017, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma