Xəbər lenti

Türkiyəyə bağlı muxtariyyət yaradılır - İlk dəfə Vaşinqtonda AÇIQLANDI

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu adanın yunan və türk hissələrinin birləşməsi ilə bağlı keçirilən son müzakirələrin iflasa uğramasından sonra ilk dəfə ABŞ-a səfər edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir burada Kipr probleminin həllinə dair həyata keçirməyi planlaşdırdıqları “yol xəritəsi”nin detallarını açıqlayıb.

Onun sözlərinə görə, bundan sonrakı danışıqlarda federasiya deyil, yalnız konfederasiyanın qurulması müzakirə mövzusu ola bilər. Tahsin Ərtoğruloğlu federasiya seçiminin onlar üçün ölü olduğunu bildirib.

“İndi beynəlxalq tanınma üçün işə başlamaq lazımdır. Bu günə qədər bundan imtina etdik. Ancaq indi Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq müstəvidə tanınması üçün çalışa bilərik. Növbəti seçim muxtar respublikadır. Fransa-Monako və ya Böyük Britaniya-Cəbəllütariq modeli ola bilər. Başqa sözlə, söhbət xarici işlər və müdafiə sahəsindəki səlahiyyətlərimizi Türkiyəyə verməklə digər sahələrdə öz-özünü idarə edən bir respublikadan gedir. Hələ hansı yolu seçəcəyimizə dair qərar vermədik. Ankarada oturub qərar verəcəyik”, - o vurğulayıb.

Yunanların neft-qaz axtarışlarını şərh edən Tahsin Ərtoğruloğlu qeyd edib ki, xarici şirkətlər bunu kiprli yunanlarla edə bilməyəcəyi anlamalıdır:

“Sanksiyalar vasitəsilə illərdir ki, beynəlxalq soyğunla məşğul oldular. Lakin bundan sonra icazə verməyəcəyik. İstənilən addımları atmağa hazırıq. Şərqi Aralıq dənizində neft-qaz axtarışlarına davam edəcəyi halda, türk hərbi gəmiləri yunanlara aid gəmiləri vura bilər”.




Ana səhifəyə qayıt        Baxış: 652          Tarix: 4-10-2017, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma