Xəbər lenti

“Kran-Montane konfransında Kipr probleminin həlli üzrə birinci real şans qaçırılıb”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İsveçrənin Kran-Montane şəhərində Kipr probleminin həlli üzrə keçirilən konfransın nəticələrini şərh edən diplomatik mənbə deyib.

“Bununla belə, adanın birləşməsi üçün yeni vəziyyət və ilkin şərtlər yaradılıb. Amma növbəti danışıqlar daha yaxşı hazırlanmalıdır”, - o qeyd edib.

Diplomat konfransın nəticəsiz yekunlaşmasına görə Ankaranı ittiham edib: “Tezliklə adaya türk qoşunlarının müdaxiləsinin növbəti ildönümüdür. Qırx üç ildir ki, problemi həll etməyi bacarmırıq. İlk dəfə Kipri birləşdirmək imkanı yaranmışdı. Ankara həllə hazır deyil”.

Qeyd edək ki, iyunun 28-də başlanan 10 gündən sonra nəticəsiz başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu danışıqların nəticələrinə görə keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə üzərinə düşən hər şeyi edib.

“Annan Planı”nın da təəssüf ki, yunanlar tərəfindən rədd edilməsinə baxmayaraq, Kipr probleminə ədalətli, hərtərəfli və davamlı bir həll tapmaq üçün hər cür töhfə verdik. Bundan başqa, adanın türk tərəfinin bu müddətdə nümayiş etdirdiyi konstruktiv rolu təqdir etmək lazmdır. Təəssəf ki, danışıqlar nəticəsiz yelunlaşdı”, - türkiyəli nazir bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib ki, bu nəticə BMT-nin parametrləri çərçivəsində bir həllin qeyri-mümkünlüyünü ortaya qoyub: “Artıq bu parametrlərdə israr etməyin də bir mənası qalmayıb”.

Daha əvvəl isə Yunanıstanın baş naziri Aleksis Çipras Türkiyə ordusunun Şimali Kipr Türk Cümhuriyyətindən çıxarılmalı olduğunu deyib. Bu tələb isə Ankara tərəfindən qəti şəkildə rədd edilir.

Ekspertlərin fikrincə, danışıqları Cənubi Kiprdə 2018-ci ilin fevralında keçiriləcək prezident seçkilərinə qədər yeniləmək mümkün olmayacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 17-07-2017, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma