Xəbər lenti

Sülh üzrə "Nobel"in sahibi məlum oldu

2017-ci il üzrə Nobel sülh mükafatının laureatı elan edilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Nüvə silahların məhv edilməsinə dair beynəlxalq kampaniya (ICAN) Nobel sülh mükafatına layiq görülüb.

Mükafata 318 namizəd iddia edirdi. Onlardan 215-i fiziki şəxslər, 103-ü ictimai və beynəlxalq təşkilatlar idi.

Nobel mükafatlarından hər birinin məbləği 9 milyon İsveç kronası (milyon ABŞ dolları) təşkil edir.




Ana səhifəyə qayıt        Baxış: 895          Tarix: 6-10-2017, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma