Xəbər lenti

Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb.

Trend-in məlumatına görə, xəstəlik bölgənin bir neçə kəndində yayılıb.

İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.

Xəstə heyvanların Qazaxıstan və ya Qırğızıstandan icazəsiz keçirildiyi ehtimal olunur. Bununla bağlı Başqırdıstan Prokurorluğu cinayət işi başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 11-10-2017, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma