Xəbər lenti

 

İsveç prokurorluğu “Bombardier” şirkətinin əməkdaşı Yevgeni Pavlovun azərbaycanlı məmurlara rüşvət verilməsində günahını sübuta yetirə bilməyib. Beləliklə də, İsveçdə ən böyük korrupsiya işlərindən biri bağlanıb.

“Ovqat.com” “Virtualaz.org”a istinadən xəbər verir ki, Stokholmda avqustun 29-da başlamış məhkəmə prosesində İsveç prokurorluğu sübuta yetirməyə çalışırdı ki, Pavlov 340 milyon dollarlıq müqaviləni şirkəti üçün almaq məqsədilə Azərbaycandakı məmura rüşvət verib. Müstəntiqlər şirkətin elektron məktubları şəklində dəlillərə malik olduqlarını bildirirdilər.

Xatırladaq ki, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsinin siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə “Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlmişdi. Baxmayaraq ki, digər iştirakçılar tenderdə daha az qiymətə öz xidmətlərini təklif etmişdilər.

Müqavilə imzalanarkən Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədov idi, ADDY-ə isə Arif Əsgərov rəhbərlik edirdi.

Son nəticədə, məhkəmə Pavlovun günahını sübuta yetirə bilməyib və iş bağlanıb.




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 11-10-2017, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma