Xəbər lenti

Əsgər anaları Sarkisyanı BİABIR ETDİ: “Sən haradan biləsən ki...” - FOTO

Ermənistanda əsgər anaları yenidən müdafiə naziri Viqen Sarkisyana qarşı etiraz aksiyası keçirib.

Publika.az
 xəbər verir ki, aksiya iştirakçıları övladlarının yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirildiyini və bütün bu cinayətlərin açılmadığını deyirlər.

“Əgər bu illər ərzində Müdafiə Nazirliyi bizim məsələmizlə maraqlansaydı, hüquq-mühafizə orqanları və məhkəmələr övladlarımızın qətlilə bağlı cinayət işlərini açardı”, - deyə əsgər anaları bildirib.

İrina Kazaryan deyir ki, bir neçə ay öncə Viqen Sarkisyanla görüşləri olub: “Lakin o, bizə kömək etmir. Mənim oğlum yeddi il əvvəl hərbi xidmətdə olarkən qətlə yetirildi, bu qətlin üstü hələ də açılmayıb. Oğlumun xəstəlikdən öldüyünü deyirlər. Əgər oğlumun beynində şiş vardısa, niyə əsgər aparırdılar, niyə orduda kəşfiyyata götürmüşdülər?! Məhkəmə bu iddia haqda heç bir həkimin ifadəsini almadı və işi bağladı. Viqen Sarkisyan dedi ki, bu işi araşdırmağa səlahiyyəti çatmır. Əgər belə səlahiyyyətin yoxdursa, onda niyə müdafiə nazirisən? İnsanlardan hər ay orduya vermək adı ilə 1000 dram alırlar, amma kömək etməyə gələndə qaçırlar. Mən Viqen Sarkisyana dedim: “Sən hərbi xidmətdə olmamısan, bilmirsən, ordu nə deməkdir, xidmət nədir”. Onda mənim üzərimə yeridi və ondan üzr istəməyimi tələb etdi. İndi nə etməliyik, qətlə yetirilmiş əsgərin anası nazirdən üzr istəməlidir?”.

Əsgər anaları aksiyada prezident Serj Sarkisyana qarşı da etiraz şüarları səsləndirib. Bildiriblər ki, 2018-ci ildə də heç nə dəyişməyəcək.

“Əgər gələn il hər şeyi Milli Təhlükəsizlik Şurası diktə edəcəksə, bu Serj Sarkisyanın hakimiyyətinin davamı deməkdir. Bu şəxs orduda hökm sürən vəziyyətə görə birbaşa məsuliyyət daşıyır”, - deyə əsgər anaları qeyd ediblər.





Ana səhifəyə qayıt        Baxış: 719          Tarix: 13-10-2017, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma