Xəbər lenti

 

Türk ordusunda zəhərlənmə halları ciddi hal alıb.

Ovqat.com türk mətbuatına istinadən xəbər verir ki, Manisa şəhərindəki bir hərbi hissədə zəhərlənən əsgər sayının yüzlərlə olduğu bildirilir.

Bir neçə gün əvvəl CHP-nin Manisa millət vəkili tərəfindən ictimailəşdirilən bu məlumat artıq rəsmən də təsdiqlənib. Manisa valisi Mustafa Hakan Güvençerin mətbuat açıqlamasına görə, 500-ə qədər əsgər zəhərlənib. Zəhərlənmənin qidadan törəndiyi güman olunur. Çünki əsgərlər axşam yeməyindən sonra qusma və ürək bulanmasından şikayətlənməyə başlayıblar.

 

Qeyd edək ki, təxminən bir ay bundan əvvəl də eyni şəhərdə yerləşən hərbi hissələrdə mindən artıq əsgər zəhərlənmiş, onlardan biri həyatını itirmişdi.

Türkiyənin Müdafiə və Səhiyyə nazirlərinin zəhərlənmə hadisəsinin səbəbini araşdırmaq üçün hərbi hissəyə gələcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 337          Tarix: 18-06-2017, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma