Xəbər lenti

Ermənistan prezidenti Serj Sarkisyanın orduya yeni əsgərlərin çağırılması ilə bağlı imzaladığı fərman erməni cəmiyyətində narazılıq yaradıb. Erməni hüquq müdafiəçisi Ruben Martirosyan Sarkisyanın cavab verməli olduğunu deyib: "Əgər Serj Sarkisyan çğaırış haqda fərman imzalayırsa, paralel olaraq itkilər haqda cavab verməlidir. Çünki aprelin 20-dən mayın 14-nə qədər orduda 11 əsgər ölüb.
Onun sözlərinə görə, əsas günahkar Sarkisyan və mövcud sistemdir: "Bu sistemə prokurorluq, istintaq idarəsi, hərbi polis daxildir. Hansı ki, onlar orduda qətllərin qarşısını almaq üçün yaradılıb, lakin bunun əksini edirlər. Ordu tamamilə korlanıb və uçuruma düşüb. Bizim hərbi hissələrdə nizamnamə yerinə "oğru" qanunları işləyir. Əsgərlər döyuülür, zorla "sındırılır". Sarkisyan da ordudakı biabırçı vəziyyəti bilir, lakin görünür, heç nə etmirlər". Hüquq müdafiəçisi qeyd edib ki, belə davam edərsə, orduya əsgər aparmağa adam tapılmayacaq. Publika.az 




Ana səhifəyə qayıt        Baxış: 1 272          Tarix: 19-05-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma