Xəbər lenti

 ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər edəcək.

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya nazirlər kabinetinin nümayəndəsi Kota Noqami bildirib.

 Onun sözlərinə görə, səfərin noyabrın 5-7-də baş tutacağı gözlənilir. “ABŞ prezidentinin ilk Asiya turu Yaponiyadan başlayacaq”, deyə K.Noqami bildirib.

 Qeyd edək ki, Donald Tramp Aziya turu çərçivəsində həmçinin Çin və Cənubi Koreyaya səfər edəcək. 




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 17-10-2017, 08:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma