Türk Kızılay Təşkilatı vilayətdə 400 düşərgədə 800 min insanın qaçqının yaşadığını bildirib.
Suriyanın İdlib vilayətində humanitar böhran yaşanır. BBC-nin məlumatına görə, bu barədə Türk Kızılay Təşkilatının sədri Kerem Kınık açıqlama verib. K.Kınık deyib ki, Türk Kızılayı 800 min nəfər insanın əsasən düşərgələrdə yaşadığı İdlibdə humanitar fəlakət yaşana bilər. Təşkilat rəhbəri deyib ki. hazırda İdlibdə 400 düşərgə var və bu düşərgələrdə ümumilikdə 800 min insan yaşayır. Ancaq onların vəziyyəti çox pisdir. Düşərgələrdə heç bir istehsal və iş fəaliyyətləri yoxdur, həyat şəraiti dözülməzdir. O, Türkiyə ordusunun əməliyyatlarının genişlənməsi ilə daha çox insana yardım etməyi hədəflədiklərini deyib.
Kınık bildirib ki, Suriyada 6 ildir davam edən müharibə nəticəsində Hələb, Hums və Hama vilayətlərindən çoxlu sayda insan İdlibə qaçmağa məcbur olub. Bunun nəticəsində İdlibdə hazırda 3 milyona yaxın insanın yaşadığını deyən Kızılay rəhbəri İdlibdə hərbi əməliyyatlar, hava zərbələri və müxalif silahlı qruplar arasında baş verən toqquşmaların mülki insanlara ağır zərbələr vurduğunu deyib. \\interaztv
Paylaş: