Xəbər lenti

Müxalif “Avropalı Gürcüstan” partiyası hakim “Gürcü Arzusu” partiyasını azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda seçki prosesinə müdaxilədə ittiham edib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmanquliyev deyib ki, hakim partiyanın nümayəndələri bir neçə seçki məntəqəsində yerli seçicilərə təzyiq göstərirlər.
 
Hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə müxalif partiyanın ittihamlarını əsassız adlandırıb: “Hakim partiyanın məqsədi seçkilərin demokratik şəraitdə keçirilməsinə nail olmaqdır”.




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 21-10-2017, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma