Xəbər lenti

İrəvanda dəhşətli TƏŞVİŞ: əsgər getməyən nazirlər...
Ermənistan hakimiyyətində dəhşətli əhval-ruhiyyə müşahidə olunur.

Publika.az
 xəbər verir ki, bu barədə “Jamanak” qəzeti hakimiyyət daxilindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, hərbi xidmətdə olmayan məmurların vəzifələri aşağı salınacaq, hərbi xidmətdə olmuş aşağı vəzifədə çalışan şəxslərin vəzifələri isə artırılacaq.

“Məsələ ondadır ki, yüksək vəzifəli şəxslərə hərbi xidmətdə olmayan nazirlər, onların müavinləri, şöbə müdirləri və digərlərinin siyahısı təqdim olunub. İnsanlar görür ki, hərbi xidmətə getməyənlər daha yaxşı yerlərdə işləyir. Buna görə də nəyin bahasına olursa olsun öz övladlarını orduya göndərməkdən imtina edirlər. Mənbəmizin məlumatına görə, 2018-ci ildə bu məsələdə ciddi dəyişikliklər gözlənilir. Hazırda İrəvanda dəhşətli təşviş müşahidə olunur”, - deyə qəzet yazıb.




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 26-10-2017, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma