Azərbaycanın Qarabağda apardığı son uğurlu hərbi əməliyyatlar erməni ordusunda ciddi təşviş yaradıb. Artıq cəbhə xəttinin bir çox postlarında hərbi qüvvələrini artıran Ermənistan bununla da əsgərlərində yaranan ruh düşkünlüyünü ortadan qaldırmağa çalışır.
Ovqat.com-a məlumat verən Gədəbəy royon sakinlərinin bildirdiyinə görə, bütün erməni postlarında qeyri-adi aktivlik müşahidə olunur:
“Ermənilər, demək olar ki, bütün istehkamları gücləndirir, bölgəyə əlavə qüvvə gətirirlər. Hətta yeni səngərlərin qazıldığı və yaradılan postlara əlavə qüvvələrin yerləşdirilməsi açıq gözlə müşahidə olunur. Yeni postların şahmatvarı düzülməsinə xüsusi diqqət yetirilir”.
Hərbi vəziyyəti və Müdafiə Nazirliyinin xəbərdarlığını nəzərə alıb yaşadıqları kəndlərin və özlərinin adını gizli tutmağa üstünlük verən sakinlər Azərbaycan ordusunun ermənilərin bu istehkamlarını rahatlıqla məhv edəcəklərinə əmin olduqlarını və nəyin bahasına olursa-olsun öz ata-baba torpaqlarını qoruyacaqlarını bildirirlər.
Paylaş: