Xəbər lenti

ABŞ nümayəndələrindən İrəvanda GÖZLƏNİLMƏZ ADDIM: ermənilərə Qarabağ ZƏRBƏSİ
Sentyabrın 17-də Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərdən imtina ediblər.

Publika.az
 xəbər verir ki, bu faktı “aysor” qəzeti indi gündəmə gətirib.

Qəzetin məlumatına görə, nümayəndə heyətinin tərkibində konqresmenlər Frenk Palloun, Cek Spir, Anna Eşu, Tulsi Qeberd, Cim Sensenbrener və Devid Valadao təmsil olunublar. Konqresmenlərdən yalnız ikisi – Frenk Palloun və Tulsi Qeberd işğal olunmuş Azərbaycan torpaqlarına gedib. Digərləri isə bundan imtina edib.

Hətta Ermənistan mediası iddia edir ki, konqresmenlərdən Cek Spir və Anna Eşu erməni kökünə malikdir. Buna baxmayaraq, onlar da Qarabağa getməkdən boyun qaçırıblar.

“Qraparak” qəzeti isə yazır ki, Qarabağa getməyən konqresmenlər torpaqlarımıza səfərdən son anda imtina edib.

“Onların niyə fikirlərini dəyişdiyini müəyyənləşdirmək çətindir”, - deyə qəzet qeyd edib.

Qeyd edək ki, rəsmi Bakı işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər edən şəxsləri “qara siyahıya” daxil edir. Qarabağa getməkdən imtina edən konqresmenlərin bu qərarına Bakının ata biləcəyi addımların təsir etdiyi də istisna deyil.




Ana səhifəyə qayıt        Baxış: 700          Tarix: 5-10-2017, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma