Xəbər lenti

ABŞ prezidenti Donald Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Mən prezidentin gələn həftə Federal Rezerv Sisteminin rəhbərini vəzifəyə təyin etməsini elan edəcəyini təsdiq edə bilərəm", - deyə o bildirib.

Tramp ötən həftə Federal Rezerv Sisteminin başçısı postuna beş şəxsin namizədliyinə baxdığını təsdiqləyib. 




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 28-10-2017, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma