Xəbər lenti

 Kiyev vilayətində naməlum şəxslər çeçen əsilli Adam Osmayevin avtomobilini atəşə tutub.

 APA-nın məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Feysbuk” səhifəsində yazıb.

 “Hadisə nəticəsində Osmayevin həyat yoldaşı Əminə Okuyeva ölüb. Adam Osmayev yaralanıb, onun həyatına təhlükə yoxdur. Hazırda hadisə yerində istintaq qrupu işləyir”, A.Qeraşşenko yazıb.

 Bu ilin iyununda Kiyevdə naməlum şəxs tapançadan atəş aşaraq A.Osmayevi yaralamışdı. A.Osmayev və Ə.Okuyeva Ukraynanın cənub-şərqində separatçılara qarşı əməliyyatlarda iştirak ediblər. 

 Qeyd edək ki, Vladimir Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən Adam Osmayev Rusiyada federal axtarışdadır. RİA Novosti agentliyinin məlumatına görə, silahlı dəstə üzvü olan A.Osmayev səhra komandiri Doku Umarovun əmri ilə 2012-ci ildə Rusiyanın o zamankı baş naziri V.Putinə və Çeçenistanın rəhbəri Ramzan Kadırova qarşı sui-qəsd hazırlayıb.




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 31-10-2017, 07:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma