
Çeçenistanın Qudermes şəhər məhkəməsi respublikanın başçısı Ramzan Kadırova sui-qəsd haqda işin üç fiqurantının hərəsinə cəzalarını ciddi rejimin koloniyada çəkməklə 6,5 il həbs cəzası verib.
Bu barədə RİA Novosti respublika Ali Məhkəməsindəki mənbəyinə istinadən xəbər yayıb.
Həmin şəxslər bunlardır: "Vostok" batalyonunun sabiq zabiti İsa Yamadaevin keçmiş mühafizəçisi Əziz Alviyev, həmin batalyonun döyüşçüsü Beslan Zakarayev və onun qonşusu Şamxan Maqomedov. Onlar cinayətlərini etiraf ediblər.
Qeyd edilib ki, sui-qəsdin sifarişçisi İ.Yamadayev bu ilin martında federal axtarışa verilib. Kadırova məhz onun sui-qəsdi hazırladığını yuxarıda adları çəkilənlər də təsdiq ediblər.
İ.Yamadaeva barəsində iş ayrıca icraata götürülüb və materiallar hərbi istintaqa verilib.
Onu da xatırladaq ki, R.Kadırovun həyatına əvvəllər də dəfələrlə sui-qəsd və ya qəsdə cəhdlər olub. /Virtualaz.org/
Paylaş: