Xəbər lenti

 Çeçenistanda Ramzan Kadırovun rəhbər olması Rusiya Prezidenti Vladimir Putinə imkan verdi ki, çeçen müharibələrində qələbə qazanmaqla bağlı illuziyaları qoruyub saxlasın.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Azadlıq” radiosundakı məqaləsində yer alıb.

“Rusiya bu illuziyalara görə böyük bədəl ödədi. Bu gün hər şey Rusiyanın Çeçenistanın tərkibində yer almasını söyləməyə imkan verir. Bu gün Kadırovdan biabırçı şəkildə asılı olmaq Rusiyada Putindən başqa heç kimin xoşuna gəlmir. Bu gün yaranmış çətin situasiyadan iki çıxış yolu var. Ya biz Çeçenistanın tərkibindən çıxacağıq, ya da Çeçenistanda Rusiyanın konstitusiya nizamını bərpa edəcəyik. Çeçen məsələsi Putindən sonra Rusiyanın əsas problemi olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bir neçə gündür Rusiyada politoloqların çeçenistanla bağlı fikirləri tirajlanır. Ötən gün “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Yuliya Latınina Rusiya de-fakto Çeçenistandan asılı vəziyyətə düşdüyünü, “növbəti müharibəni Rusiyanı Çeçenistandan azad etmək üçün aparmaq lazım gəldiyini” bildirib.

Bu gün isə “Ruskiy Monitor” portalına müsahibəsində İsraildən olan ekspert Avram Şmuleviç Çeçenistanın artıq Rusiya olmadığını, Rusiyanın parçalanması prosesinin buradan başladığını qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 5-07-2017, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma