“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.
“Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - deyən Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib.
Lakin “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edirlər”.
Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sarkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.
Paylaş: