Xəbər lenti

Rusiya senatoru: “ABŞ ölkəni parçalamaq cəhdlərinə davam edir”

“Rusiyanın hərbçilərinin Suriyada mümkün ixtisarı haqqında xəbərlərdən sonra ABŞ döyüşçülərin dəstəyinə görə səyləri aktivləşdirib”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.

Rusiya senatorunun sözlərinə görə, ABŞ-ın bu hərəkətləri Rusiyanın Suriyadakı müvəffəqiyyəti, ölkə ərazisinin praktik olaraq tamamilə azad edilməsi, həmçinin ilin Suriyadakı hərbçilərimizin ilin sonuna kimi ixtisarı barədə xəbərlərlə bağlı ola bilər. Klinseviçin sözlərinə görə, ABŞ-ın Suriyanı parçalamaq cəhdləri davam edir.

“Buna görə də Rusiyanın hərbi qruplaşmasının ixtisarıyla tələsmək lazım deyil”, - senator söyləyib.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Şərqi Kalamun və Umm El-Karyateyn ərazisində düşərgələrin yaradılmasında və döyüşçüləri toplamaqda ittiham edib.




Ana səhifəyə qayıt        Baxış: 560          Tarix: 3-11-2017, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma