Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə başlamaqla bağlı ABŞ-ın istənilən cəhdi Rusiyanı üçün təhlükə təşkil edir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın son bəyanatını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Frans Klinseviç bildirib.
“Bilavasitə Rusiya sərhədləri yaxınlığındakı istənilən münaqişə bizim tərəfimizdən ölkəmizlə bağlı düşmən hərəkətləri kimi qiymətləndiriləcək”, - senator deyib.
Qeyd edək ki, dünən Tramp KXDR-ə qarşı növbəti təhdid bəyantı səsləndirib. O, Birləşmiş Ştatların Şimali Koreya ilə hərbi münaqişəyə tamamilə hazır olduğunu bildirib.
“Biz ikinci varianta tamamilə hazırıq. Amma bu, bizim tərəfimizdən üstünlük verilən variant deyil”, - Amerika lideri qeyd edib.
Tramp xəbərdarlıq edib ki, hərbi qərarın kommunist ölkə üçün dəhşətli nəticələri olacaq: “Hərbi qərar Şimali Koreya üçün dağıdıcı olacaq. Əgər ondan istifadə etmək lazım olacaqsa, bunu edəcəyik”.
Paylaş: