Xəbər lenti

"İraq-İran sərhədi yaxınlığında baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Sauthempton Universitetinin (Böyük Britaniya) seysmoloqu Stiven Hiks deyib.

ABŞ Geologiya Xidməti zəlzələnin yerli vaxtla saat 21:18-də baş verdiyini, yeraltı təkanların 7,3 bal gücündə olduğunu bildirib. Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 30 kilometr cənub-qərbdə yerləşib.

Xidmətdən verilən məlumata görə, Yer qabığında baş verən dəyişiklik Ərəbistan və Avrasiya platformaları arasındakı qırılmaya görə olub. Belə ki, platformaların hərəkəti nəticəsində Yer qabığında sıxılmaya görə əmələ gələn torpaq sürüşməsi yaranıb.

"Zəlzələ bölgəsində Ərəbistan platforması Avrasiya platformasına nəzərən ildə 26 millimetr şimala doğru hərəkət edir. Bu iki pilitə şimal-qərb istiqamətində, bilavasitə zəlzələnin olduğu zonada toqquşur. Bu proses nəticəsində hətta İrandakı Zaqros dağları da yüksəlir", - ABŞ-ın Geologiya Xidmətinin məlumatında deyilir.

Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 211 nəfərə çatıb, təqribən 1600 nəfər isə yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 13-11-2017, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma