Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmmədcavad Zərif bu həftənin sonunda Türkiyəyə səfər edəcəklər.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, 3 ölkənin XİN başçıları Antalyada görüşəcəklər.

Nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli sammitində müzakirə olunacaq məsələlərin detallarını nəzərdən keçirəcəklər. 

Qeyd edək ki, üç ölkənin lideri Suriyadakı və bölgədəki vəziyyət müzakirə edəcək. 




Ana səhifəyə qayıt        Baxış: 1 005          Tarix: 17-11-2017, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma