Xəbər lenti

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyə paytaxtına səfər edəcək.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, səfər zamanı XİN başçısı Qətər böhranı ilə bağlı müzakirələr aparacaq.

İranın xarici işlər naziri həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə digər regional məsələləri müzakirə edəcək.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib. Qətərin XİN başçısı Dohanın cavab tədbirləri atmayacağını bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 7-06-2017, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma