Xəbər lenti

 Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.

 “ABŞ prokurorlarının hərəkətləri beynəlxalq hüquq normalarına və Türkiyənin qanunvericiliyinə  ziddir”, deyə Prokurorluğun məlumatında qeyd olunur.
Qeyd edək ki, martda ABŞ-a səfər etmiş  Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib.   

 ABŞ Prokurorluğu onu daha əvvəl Amerikada həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R.Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edir  

 Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ prokuroru Prit Bxararın FETÖ üzvü olduğunu və M.H.Atillanın terror təşkilatının rəhbəri Fətullah Gülənin  göstərişi ilə həbs edildiyini bildirib   




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 19-11-2017, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma