Xəbər lenti

Türkiyədə hüquq-mühafizə orqanları lüks avtomobil qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat keçiriblər.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, İstanbul Jandarma Komandanlığı tərəfindən bu gün səhər həyata keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb. Saxlanılanlar arasında "Fənərbağça" futbol komandası və Türkiyə milli komandasının oyunçusu Ozan Tufan da var. O. Tufan İstanbul Jandarma Komandanlığının qərargahına aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 977          Tarix: 23-05-2017, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma