Rac Persaud, Peter Bruggen
“Project Syndicate” (Çexiya )
Zimbabve generalları (bunu başqa cür adlandırsalar da) təsirli dövlət çevrilişi ilə Robert Muqabeni hakimiyyətdən kənarlaşdırıb. Bir neçə gün sonra ölkənin hakim partiyası – Zimbabve Afrika Milli İttifaqı-Vətənpərvər Cəbhəsi (ZANU-PF) 93 yaşlı prezidenti öz sıralarından çıxarmaq üçün hərəkətə keçib. Lakin təxminən qırxillik hakimiyyətini səciyyələndirən rəhimsizliyinə baxmayaraq, bu üsyanın katalizatoru Muqabenin özü deyil. Əksinə, Muqabenin mümkün varisi – arvadı Qreys.
Son bir neçə ildə 52 yaşlı Qreys Muqabe siyasətdə getdikcə daha aktiv hala gəlib və hətta ərini ötmək ümidini bəyan edib. Çevrilişdən bir həftə əvvəl Muqabe müavini Emmerson Mnanqaqvanı vəzifəsindən kənarlaşdırıb. Qyesi bu vəzifəyə gətirmək üçün.
Radford Universitetindən Tereza Şröder və Mərkəzi Florida Universitetinin professoru Conatan Pauellin yeni araşdırmasına əsasən, orduların güclü olduğu ölkələrdə qadın dövlət başçılarının hərbi çevrilişləri təhrik etmə ehtimalı çox yüksəkdir.
Araşdırmada qadın liderlərə qarşı oxşar çevriliş cəhdlərə bir neçə misal gətirilir.
Məsələn, Filippinin ilk qadın prezidenti Korazon Akino dörd çevriliş cəhdində sağ qalıb. Bənəzir Bhutto yalnız Pakistanın ilk qadın baş naziri deyildi; müsəlman əksəriyyəti olan ölkədə demokratik hökumətə rəhbərlik edən ilk qadındı. 1995-ci ildə o da zabitlərin çevriliş təşəbbüsü ilə qarşılaşıb.
Şröder və Pauell tərəfindən təklif olunan bu meylin mümkün izahı qadın liderlərin generalların mənafelərinə birbaşa təhdid olmasıdır, çünki qadınlar daha az hərbi xərclərə və daha az dalaşqan siyasətə üstünlük verirlər. Həqiqətən, Akino ölkəsinin hərbi komandasını müdafiə etmək əvəzinə, Filippində üsyançılar əleyhinə mübarizənin diplomatik yanaşmasına üstünlük verib.
Qadın liderlərin çevrilişləri təhrik etməsi üçün digər bir səbəb – məsuliyyətli qadının vəzifəsini ailə və ya nikah əlaqələri vasitəsilə əldə etməsinə dair şüurlu və ya şüursuz inancdır. Başqa təbirlə, o, zirvəyə yetişmək üçün kifayət qədər sərt deyil.
Şröder və Pauellin qeyd etdiyi kimi, bu, tamamilə əsassız nəticələr deyil: dünyanın bəzi yerlərində qadın liderlər ailə əlaqələri vasitəsilə qeyri-proporsional hakimiyyətə malikdirlər. Bir icmal göstərir ki, 1960-cı ildən 2007-ci ilədək qadın liderlərin 33%-i görkəmli siyasətçilərlə ailə əlaqələri qurub.
Lakin ailə əlaqələrinin dini müxtəliflikləri var və bu, Latın Amerikası və Asiyada – bütövlükdə gender bərabərliyi səviyyəsinin aşağı olduğu və qadın haqlarına az hörmət olunan bölgələrdə qadın liderləri zirvəyə çatdırır.
Əslində, son dövrə qədər Latın Amerikası ölkələrində dövlət başçılığı edən qadınlar siyasi liderlərin qızı və ya xanımları idi.
Bunlardan heç biri çevriliş üçün genderin həlledici, hər şeyi əhatə edən izah olduğunu söyləmir. Pauellin özü də qeyd edir ki, Zimbabvedə bir çox qadın ölkənin müstəqilliyi uğrunda mübarizə aparıb. Həmin müharibənin qadın qaziləri arasında uzun illər vitse-prezident vəzifəsini icra edən Cosi Mucuru vardı. Onun idarəçilik qabiliyyəti hərbçilərdə etiraz doğurmurdu.
Taleyin kinayəsi ilə Mucuru bir dəfə Muqabenin yerinə potensial varis kimi baxılıb. Amma 2014-cü ildə o, Muqabe əleyhinə qəsddə ittiham edilib, həm vitse-prezident, həm də ZANU-PF rəhbərliyindəki vəzifəsələrini itirib.
Əslində, söhbət çevrilişdən getdikdə, gender mühüm rol oynaya bilər. Uğurlu çevrilişin planlaşdırılması əhəmiyyətli dərəcədə instrumental düşüncə tələb edir, yəni öz məqsədlərinə yetişmək naminə digər adamların istifadə etmə məcburiyyəti. Yeni tədqiqata əsasən, manipulyasiya taktikasının niyyəti və istifadəsini əhatə edən, insan təbiətinə həyasız baxışı və əxlaqı tapdamanı nəzərdə tutan "Makiavelli" tendensiyası kişilərdə və qadınlarda fərqli təzahür oluna bilər.
Üç tədqiqatın nəticələrini nəzərə alan yeni araşdırma göstərir ki, makiavelliçiliyin yüksək dərəcəsini sərgiləyən adamlar özünü məhv edən (intiharçı), qudurğan və bihudə, münasibətlərə istismarçı yanaşmalı və opportunist dünyagörüşlü olurlar. Makiavelliçi qadınlar, əksinə, qoruyucu, narahat və introvert (adamayovuşmaz) ola bilər.
Tədqiqatın nəticələrinə əsasən, kişilərin iddialı və şiddətli manipulyasiya üsullarına daha meyilli olma ehtimalı yüksəkdir; qadınlar isə gizli, çəkingən və aldadıcı taktikalara, məsələn, dedi-qodu və şayiə taktikasına müraciət edə bilərlər.
Güc qavrayışı əks etdirdiyi üçün, çevrilişin rəqib liderləri potensial düşmənlər və şəriklərlə amansız manipulyasiya edirlər. Lakin onlar gender təmayülünün öz strategiyalarını necə formalaşdırdığını dərk edə bilmirlər. Bəzən məhz bu psixologiya zirvədən gözlənilməz enişi izah edir.
Zimbabvedə, bütün çevrilişlərdəki kimi, pərdə arxasında çoxsaylı qəsdlər düşünülür. Amma qaliblər və məğlubların kimliyi, hər şeydən başqa, qəsdçilərin cinsindən asılı ola bilər.
Tərcümə: Strateq.az
Paylaş: