Hollandiya parlamenti terrorçu PKK qruplaşmasının rəmzlərindən istifadənin qadağan olunması ilə bağlı qanun layihəsini qəbul etməyib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu sənədi Niderlanddakı türklərin yaratdığı DENK Partiyasının lideri, deputat Tunahan Kuzu irəli sürüb.
Hollandiya parlamenti Fələstin dövlətinin müstəqilliyini də tanımayıb.
Qeyd edək ki, cari il martın 15-də Niderlandda keçirilən parlament seçkilərində 3 türk deputat seçilib. Hazırda türk deputatların qurduğu DENK Partiyası parlamentdə 5 deputatla təmsil olunur. Bu partiyanı Hollandiya Leyboristlər Pariyasının üzvlüyündən çıxarılan türk deputatlar – Tunahan Kuzu və Səlcuq Öztürk qurub. DENK Partiyası 2015-ci il fevralın 9-da təsis edilib. Bu siyasi təşkilat daha çox Krallıqdakı etnik azlıqların haqlarını müdafiə edir.
Flamand dilində “DENK” sözünün mənası “Düşün” deməkdir. Tunahan Kuzu və Səlcuq Öztürk 2014-cü il noyabrın 14-də Leyboristlər Partiyasının inteqrasiya siyasətinə səs vermədiklərinə görə təşkilatdan çıxarılıblar.
Paylaş: