Bu gün Avropa Parlamenti Tiflisdəki gizli anti-azərbaycan qruplaşmasının liderlərindən biri hesab edilən müxalifətçi jurnalist Əfqan Muxtarlının məsələsi ilə bağlı qətnamə qəbul edib.
Virtualaz.org qeyd edir ki, Avropa Parlamentindəki fraksiyalar əvvəlcə bu məsələ ilə bağlı hərəsi öz qətnamə layihəsini təklif etmişdilər. Lakin sonda yekun layihə üzərində razılığa gəlinib və səsverməyə çıxarılıb. Layihə səsvermədən keçib. Sənəddə Əfqan Muxtarlının “zorla qaçırılması”, yaxud “yoxa çıxması” ilə bağlı hərtərfəli araşdırmanın aparılmasına çağırılır.
Bundan əvvəl “Turan” agentliyi belə məlumat yaymışdı ki, Avropa Parlamenti Muxtarlının işi üzrə “vəd etdiyi” qətnaməni qəbul etməyib. Bildirilirdi ki, avroparlamentarilər bunu “Bakının güclü təzyiqləri” ilə əsasladırıblar. Lakin Avropa Parlamentinin saytında da göstərilir ki, qətnamə səsvermədən keçib. Onun mətni artıq internetdə yerləşdirilib.
Paylaş: