Xəbər lenti

Çinin cənubundakı Quandun vilayətinin sahil sularında 2 yük gəmisinin toqquşması nəticəsində yaranan qəzada 12 nəfər ekipaj üzvü itkin düşüb.

5 min ton qum daşıyan gəmi təxminən bir o qədər də poladla yüklənmiş digər gəmi ilə toqquşandan sonra batıb. Batan gəmidən 2 ekipaj üzvü, habelə digər gəmidən 11 nəfər xilas edilib.

Hazırda itkin düşən ekipaj üzvlərinin axtarışları davam etdirilir. Axtarış işlərinə 30 xilasetmə gəmisi, bir helikopter və bir neçə digər növ gəmi cəlb olunub.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 898          Tarix: 27-11-2017, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma