Xəbər lenti

Türkiyə ordusunun Suriyanın Afrin şəhərində əməliyyatı yaxın günlərdə başlaya bilər.

“Yeni Şafak” qəzetinin verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

“Bu sabah və yaxud daha tez baş verə bilər”, jurnalistlərin suallarını cavablandıran nazir deyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK terror təşkilatının Suriyadakı törəməsi olan “Demokratik İttifaq” (PYD) partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib.//APA




Ana səhifəyə qayıt        Baxış: 848          Tarix: 27-11-2017, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma