Xəbər lenti

İraqın paytaxtı Bağdadda törədilmiş partlayışda ölən və yaralananların sayı artıb.

Bu barədə “Al Sumaria” telekanalı mənbəyə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, Ən-Nəhrəvan rayonunda törədilmiş terror aktı zamanı azı 17 nəfər həlak olub, daha 28 nəfər xəsarət alıb. Hadisəni iki kamikadze törədib. Onlar partlayışdan əvvəl dinc sakinlərə atəş açıblar.

Qeyd edək ki, ilkin məlumatda terror aktı zamanı 9 nəfərin öldüyü və yaralandığı bildirilirdi.//Report




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 27-11-2017, 23:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma