Xəbər lenti

 İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda baş vermiş partlayış zamanı 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli "Haaretz" nəşri məlumat yayıb.

Polisdən bildirilib ki, hadisə hər hansı cinayət işi ilə bağlı deyil. Hüquq-mühafizə orqanları təhqiqatın ilkin mərhələsinə başlayıblar.

"Walla News" isə hadisə zamanı 4 nəfərin öldüyünü xəbər verib. Qeyd edilir ki, xilasedicilər binanın dağıntıları altından 4 nəfərin cəsədini aşkar ediblər.

Hadisə zamanı daha 5 nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.





Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 28-11-2017, 06:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma