Xəbər lenti

Şimali Koreya bütün sivil dünya üçün təhlükədir.

“Report” xəbər verir ki, bunu Ağ evin mətbuat katibinin müavini Rac Şah iddia edir.

"KXDR tərəfindən təhlükə olduqca ciddidir. Bu, təkcə Birləşmiş Ştatlar və ya Koreya yarımadası üçün təhlükə deyil, həm də bütün dünyaya təhlükədir", - deyə TASS onun sözlərini sitat gətirib.

O əlavə edib ki, ABŞ hökuməti digər ölkələri KXDR-ə qarşı mümkün qədər çox təzyiq göstərmək üçün "əhəmiyyətli addımlar" atmağa inandırmağa çalışır.




Ana səhifəyə qayıt        Baxış: 877          Tarix: 30-11-2017, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma