Xəbər lenti

Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı vəziyyət təxirəsalınmaz addımlar tələb edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Asiya turunun yekunu ilə bağlı Ağ evdə çıxışı zamanı bildirib.

Amerika lideri qeyd edib ki, onun Asiya ölkələrinə səfərinin başlıca səbəblərindən biri dünyanı Şimali Koreya rejimi tərəfindən yaradılan nüvə təhlükəsinə qarşı birləşdirmək olub.

"[KXDR tərəfindən] təhlükə bir çox [Amerika prezidentləri] administrasiyaları dövründə durmadan artıb və təxirəsalınmaz addımlar atmağı tələb edir", - deyə o əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 16-11-2017, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma