Yəmənin eks-prezidenti Əli Abdullah Salehin husiləri vətəndaş müharibəsində günahlandırması axmaqlıqdır.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Yəməndəki qiyamçı husilərin lideri Əbdül Malik əl-Husi yayıb.
“Mən Salehini dialoqa çağırıram. İstənilən fikir ayrılığını həll etmək olar. Biz heç vaxt Salehinin evinə hücum etməmişik. Biz öz səhvlərimizi etiraf etməyə və buna görə məsuliyyəti üzərimizə götürməyə hazırıq. Lakin qarşı tərəf də buna hazır olmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Salehinin partiyası husiləri Yəməndə vətəndaş müharibəsi başlatmaqda ittiham edib.
Son dövrlərə qədər Salehi husilərlə sıx əlaqədə olub. Lakin bir müddət öncə onlar arasında kiçik toqquşmalar başlayıb. Yerli mətbuatın iddiasına görə, Salehi artıq paytaxt Sənadakı bir sıra mühüm strateji obyektləri nəzarəti altına salmağı bacarıb.//Axar.az
Paylaş: